İDMAN
“Keşlə” klubu Tounkaranı yenidən geri qaytarır
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakının “Keşlə” klubu heyətini sabiq futbolçusu ilə gücləndirir. Söhbət Sadio Tounkaradan gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, hazırda təcrübəli futbolçu ilə danışıqlar davam etdirilir. Əgər maliyyə məsələsində razılıq əldə olunsa o, yenidən “Keşlə”nin uğurları üçün çalışacaq.
Malili futbolçu ölkəmizdəki ən yaxşı günlərini “Xəzər-Lənkəran”da keçirib. Lənkəran təmsilçisindən başqa, ölkəmizdə AZAL və “Zirə” klublarında da çıxış etmiş Tounkara Kiprdə “EN Paralimniou”, Estoniyada “Narva Trans”ın şərəfini qoruyub.
Transfer rəsmiləşsə, bu, Tounkaranın “Keşlə” klubuna üçüncü dönüşü olacaq. O, müxtəlif illərdə iki dəfə paytaxt təmsilçisinin formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]