İDMAN
Kikboksçumuz Pərviz Abdullayev İtaliyada nokautla qalib gəldi VİDEO
Verona, 4 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib. Dünyanın tanınmış idmançılarının qatıldığı turnirdə ölkəmizi təmsil edən “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli kikboksçu Pərviz Abdullayev uğurlu çıxışı ilə yadda qalıb.
İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə qarşılaşıb və 2 dəqiqədə rəqibinə nokautla qalib gəlib. Kikboksinq üzrə beşqat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü P.Abdullayev keçirdiyi 41 döyüşdən 38 dəfə qalib ayrılıb. İdmançımız bu qələbələrdən 13-nü nokautla qazanıb.
Qeyd edək ki, turnirdə P.Abdullayev ermənistanlı idmançı ilə qarşılaşacaqdı, lakin rəqib turnirdə iştirakdan imtina edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Verona
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]