İDMAN


Kilian Mbappe 2018-2019-cu il mövsümündə Fransa çempionatının ən yaxşı futbolçusu seçilib VİDEO

Bakı, 20 may, AZƏRTAC

“Paris Sen-Jermen” klubunun gənc hücumçusu Kilian Mbappe Peşəkar Futbolçular Milli Birliyinin (UNFP) qərarına əsasən, 2018-2019-cu il mövsümündə Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

AZƏRTAC xəbər verir ki, Fransa milli komandasının üzvü cari mövsümdə 28 oyunda 32 dəfə fərqlənərək ölkə çempionatının ən məhsuldar futbolçusu olub. Bu, K.Mbappenin cari ildə ikinci mükafatıdır. O, bir həftə əvvəl Fransanın ən yaxşı gənc futbolçusu elan edilmişdi.

Peşəkar Futbolçular Milli Birliyinin qərarına əsasən, “İlin ən yaxşı qapıçısı” nominasiyasında “Lill” klubunun qolkiperi Mayk Menya, “İlin ən yaxşı məşqçi”si həmin komandanın çalışdırıcısı Kristof Qaltye (“Lill”) seçilib. “Real Madrid” klubunun hücumçusu Kərim Benzema isə Fransanı xaricdə təmsil edən ən yaxşı futbolçu adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.