Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kimliyindən, peşəsindən, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir

Kimliyindən, peşəsindən, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir

Bakı, 2 may, AZƏRTAC

Kimliyindən, peşəsindən, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir.

AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun KİV-ə müsahibəsində yer alıb. Müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatları, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Bu islahatlar ümumən cəmiyyətdə yüksək qiymətləndirilir. Hələ Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə və ondan sonrakı dövrlərdə həmişə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıb. Prezident İlham Əliyev də Prezident seçildiyi dövrdən korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparır. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Baş Prokurorluqda bu sahədə fəaliyyət göstərən qurumun Baş İdarə statusuna yüksəldilməsi, hətta Baş İdarəyə istintaq işlərinin aparılmasının həvalə olunması, cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi qeyd edilməlidir. Dövlət başçısı hər zaman qeyd edir ki, ictimai nəzarətin özü də vacib şərtlərdən biridir, insanlar harada belə halların olduğunu görərsə, dərhal məlumat versin, aidiyyəti strukturlar da bununla məşğul olsunlar. Nəticə də göz önündədir. Müəyyən faktlar araşdırılıb, müəyyən insanlar məsuliyyətə cəlb olunub. Bəzi yerlərdə isə araşdırmalar gedir, siqnallar daxil olur. Prezident icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin edəndə, o cümlədən müşavirə və iclaslarda bu məsələyə xüsusi toxunur. Dövlət başçısı vurğulayır ki, vəzifəyə təyin edilən insanlar xalqa xidmət etməli, insanların problemlərinin həlli ilə məşğul olmalı, onlara problem yaratmamalıdırlar. O cümlədən yerlərə investisiyaların cəlb olunması istiqamətində fəaliyyət göstərməlidirlər.

- Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirdi ki, bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edilir.

- Prezident Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi tövsiyələr sırasında bu məsələyə toxundu. Dövlət başçısı hər zaman bu məsələlərlə bağlı ictimaiyyətə məlumat verir, hər bir məsələyə də öz münasibətini bildirir. Prezident belə halların olması barədə müvafiq siqnalların olduğunu və araşdırmaların getdiyini qeyd etdi. Dövlət başçısı tapşırdı ki, belə bir hal baş verirsə, kimliyindən, kimin himayəsində olmasından asılı olmayaraq, bununla barışmaq olmaz. Bu, dövlət qulluğunda çalışan, işləyən hər bir insan üçün bir mesajdır. Mesajı neçə dəfə göndərmək olar? Kim belə əməllərlə məşğul olursa, qurtarsın, belə əməllərə son qoysun! Əgər bu əməllərə son qoymayacaqlarsa, nəinki vəzifədən azad olunacaq, məsuliyyətə cəlb ediləcəklər.

- Məsuliyyətə cəlb edilməsi gözlənilənlər sırasında nazirlər, komitə sədrləri də varmı?

- Prezident mərkəzi icra hakimiyyəti orqanları barədə danışdı. Yəqin ki, dövlətimizin başçısına həm ictimaiyyət, həm də aidiyyəti qurumlar tərəfindən bu barədə məlumatlar çatdırılır. Təbii ki, nazirlər, komitə sədrləri ilə bağlı məsələlər də araşdırılır. Araşdırmadan sonra kimliyindən asılı olmayaraq, müvafiq addımlar atılacaq. İndiyə qədər də görürsünüz ki, kimliyindən asılı olmayaraq həmin insanlar cəzalandırılır.

- Dövlətimizin başçısı onu da bildirdi ki, hər bir icra başçısı vəzifəyə təyin olunanda onlara əsas tapşırıq vətəndaşlara xidmət, onlarla bir yerdə olmaq, təmiz işləmək, rüşvət almamaq, əhalini incitməmək, onlara kömək göstərmək, eyni zamanda, sahibkarlara dəstək vermək və s. olur. Lakin artıq neçənci rayon icra hakimiyyətinin başçısıdır ki, bunun əksini etdiyinə görə həbs edilir. Sizcə, bu insanlar əməllərinə niyə son qoymur, xəbərdarlıqdan niyə nəticə çıxarmırlar?

- Müəyyən insanlar var ki, çoxdan vəzifədə işləyirlər. Prezident xaricdə təhsil almış, qabiliyyətli insanları da yeni vəzifələrə təyin edib. Dövlət başçısı o insanları vəzifələrə təyin edəndə də onları qəbul edib, tapşırıq və tövsiyələrini çatdırır. İctimai işlər də onun üçün yaradılır ki, insanlar minimum əməkhaqqı həddində əməkhaqqı alsınlar. O cümlədən sahibkarlara dəstək verilməsini zəruri olduğunu vurğulayır. Prezident müşavirələrin birində qeyd etdi ki, icra başçılarının fəaliyyəti həm də onların rayona nə qədər xarici, daxili investisiya cəlb etməsi ilə qiymətləndirilməlidir. İnvestisiya üçün şərait yaradılması baxımından Azərbaycan dünyada irəlidə olan ölkələrdən biridir. Dövlət başçısı ölkəyə investisiya qoyulması üçün tam şərait yaradıb. Ancaq bir sıra hallarda bəziləri bu investisiyaların gəlməsinin qarşısında baryer yaradır. Nəticə etibarilə, yerlərdə yeni iş yerlərinin açılmasına problemlər yaranır. Ona görə də dövlət başçısı vəzifəyə yeni təyin etdiyi insanlara bu məsələləri bilavasitə çatdırır. Başa düşən işləməyə davam edir, başa düşməyənlərlə bağlı isə lazımi addımlar atılır, ölçü götürülür.

- Yeri gəlmişkən, bu günlərdə Milli Məclis öz orqanı olan Hesablama Palatasının hesabatını qəbul etdi. Hesabatda diqqət çəkən məqamlardan biri də beş qurumda korrupsiya faktlarının aşkarlandığı və materialların prokurorluğa göndərildiyi barədə qeyd idi. Milli Məclisə təqdim edilən və qəbul olunan belə sənədlərdə əksini tapan faktlarla əlaqədar parlamentin işi nədən ibarət olmalıdır?

- Hesablama Palatasının əsas funksiyası ondan ibarətdir ki, əgər dövlət vəsaiti mənimsənilibsə, düzgün istifadə olunmayıbsa, o vəsaitlər geri qaytarılsın. Parlamentdə müzakirələr zamanı da müəyyən şəxslər bildirdi ki, o insanlar barədə həbs qətimkan tədbiri seçilsin. Amma ən vacibi dövlət vəsaitinin geri qaytarılmasıdır. İndi Prezident İlham Əliyevin tapşırığı ilə cəzaların yüngülləşdirilməsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir, müvafiq qanunlar qəbul olunur. Maksimum çalışırıq ki, cəzalar yüngülləşsin. Yəni insanın islah olunması tək həbsdən keçməsin, digər yollarla da insanın islahı mümkündürsə, bu, tətbiq olunsun. Bu, həm də humanizmin bir nümunəsidir. Hesablama Palatasının hesabatında da mərkəzi icra hakimiyyəti orqanlarının ayrı-ayrı strukturlarından söhbət gedir, bütövlükdə nazirliklərin özündən söhbət getmir.

- Dövlətimizin başçısı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirdi ki, heç kim siyasi baxışlarına görə təqib olunmamalıdır. Bu bəyanatı necə dəyərləndirirsiniz?

- İndiyə qədər də Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmayıb. Bu və ya digər şəxs törətdiyi ictimai təhlükəli əmələ görə məsuliyyətə cəlb olunub. Bəzi siyasi təşkilatlar, partiyalar bundan sui-istifadə etməyə çalışır. Kimliyindən, peşəsindən, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir. Kim qanunu pozursa, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycanda 50-dən artıq partiya, 3 mindən artıq QHT fəaliyyət göstərir. Çoxlu sayda mətbuat orqanları, açıq internet var. Hətta bəzən hədlər də aşılır. Yeri gəlmişkən, dünən Türkiyədə partiyalardan biri parlamentin müzakirəsinə layihə təqdim etdi ki, internetdən istifadə zamanı şəxsiyyət vəsiqəsindən istifadə olunsun. Biri oturur xaricdə, heç bilinmir ki, kimdir, anti-Azərbaycan, anti-dövlət işləri aparır, xalqın əleyhinə fəaliyyət göstərir.

Azərbaycanda siyasi baxışlara isə hər kəsə hörmətlə yanaşılır. Bu yaxınlarda iki siyasi partiya da qeydiyyatdan keçdi. Kim kimin yaxınıdır, hansı partiyanın üzvüdür, bunun məsələyə aidiyyəti yoxdur. Qanunu pozubsa, məsuliyyətə cəlb olunmalıdır.

- Dünən Milli Məclisdə struktur islahatlarının yekunlaşdığı da bəyan edildi. Sizin də yeni şöbələr yaradılması barədə təklifləriniz vardı. İslahatları necə qiymətləndirirsiniz?

- Azərbaycanda hər zaman islahatlar aparılıb, son islahatlar isə 2018-ci il prezident seçkilərindən sonra başlayıb. Prezident həm Prezident Administrasiyasında, həm Nazirlər Kabinetində, həm də ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarında islahatlar aparıb. Məhkəmə-hüquq sistemində islahatlarla bağlı da qanunvericilik təqdim edilib, ayrı-ayrı qanunlar qəbul olunub. O cümlədən Milli Məclisə yeni seçkilər keçirildi. Parlamentin fəaliyyətində, o cümlədən Aparatında islahatların aparılmasının zəruriliyinə də dövlət başçısı parlamentdə çıxışında toxundu. Bu gün bu islahatlar aparılır. Milli Məclis Aparatında uyğun şöbələrin birləşdirilməsi, yenilərin yaradılması prosesi gedir. Milli Məclis rəhbərliyi Prezidentin tövsiyələrinə uyğun olaraq bu addımları atır. Biz də təkliflər vermişik, proses gedir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar