ELM VƏ TƏHSİL
Kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları üçün proqramlar müzakirə edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasın gündəlik məsələsi kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi olub.
Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Noyabrın 2-də müzakirə davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]