ELM VƏ TƏHSİL
Kimyaçı alimlər sürtkü yağlarının yeyilməsi əleyhinə aşqarlar yaradıblar
Bakı, 5 iyul, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçiləri kimya üzrə fəlsəfə doktorları Nelya Novotorjina, Bella Musayeva, Mehparə Səfərova, Qəribə Qəhrəmanova və digər əməkdaşların birgə məqaləsi “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Afrika kimya” adlı jurnalda dərc edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalə 1,3-dioksolanın yeni törəmələrinin, sürtkü yağlarına yeyilmə əleyhinə əlavələr kimi sintezi və tədqiqinə yönəldilib. Müəyyən edilib ki, sintez edilmiş birləşmələr sintetik və mürəkkəb yağlarda yüksək ifrat təsir xüsusiyyətlərinə malikdir və sintetik yağların prototiplərinin hazırlanmasında istifadə oluna, eləcə də maşın və mexanizmlərdə tətbiq oluna bilər.