ELM VƏ TƏHSİL
Kinooperator sənəti ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanı verməyəcək
Bakı, 31 may, AZƏRTAC
Orta ixtisas təhsili müəssisələrinin kinooperator sənəti ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanı verməyəcək. Bu ixtisası seçən abituriyentlərdən qeydiyyatdan keçmək tələb olunmur.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər müsabiqəyə qəbul imtahanının I mərhələsindən (cari ilin məzunları – buraxılış imtahanından) topladıqları yekun bal əsasında qatılacaq.
Xatırladaq ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat başlanıb. Qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 31-dən iyunun 7-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında verilmiş link vasitəsilə qeydiyyatdan keçməlidirlər.