MƏDƏNİYYƏT
Kinorejissor tələbələrlə təcrübəsini bölüşüb
Bakı, 15 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış kinorejissor Şamil Əliyevlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kinooperator ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdikləri görüşdə Şamil Əliyev son layihəsi olan “Çölçü” bədii filminin çəkilişlərindən söhbət açıb. Rejissor tələbələrə filmin dramaturgiyası, məzmunu, çəkiliş prosesi, üzləşdiyi problemlər, onların aradan qaldırılması, eyni zamanda film haqqında yazılan rəylər barədə məlumat verib.
Görüşdə rejissor tələbələrin suallarını da cavablandırıb.
Qeyd edilib ki, “Çölçü” bədii filmi 20-dən artıq beynəlxalq kinofestival və forumlarda iştirak edib, çoxsaylı mükafat və diplomlara layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]