İDMAN


Kişilər arasında batut gimnastikasının fərdi təsnifat yarışlarına Belarus idmançısı liderlik edir

Bakı, 15 fevral, AZƏRTAC

Belarus idmançısı Oleq Rabtsau Bakıda keçirilən dünya kubokunda batut gimnastikasının fərdi təsnifat yarışlarına liderlik edir.

AZƏRTAC xəbər verir ki, hakimlərdən 111, 775 xal alan belaruslu gimnast birinci pillədə yer alıb. Yaponiyalı Daiki Kişi 111,120 xalla ikinci, Ukrayna təmsilçisi Mikola Prostorov 109,780 xalla üçüncü yerdə qərarlaşıblar.

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.