CƏMİYYƏT
Kişineuda MDB ölkələrinin Geodeziya və Kartoqrafiya üzrə Dövlətlərarası Şurasının sessiyası keçirilib
Kişineu, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 18-19-da Moldovanın paytaxtında MDB-nin iştirakçısı olan ölkələrin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin Məsafədən Zondlaşdırılması üzrə Dövlətlərarası Şurasının XXXVIII sessiyası keçirilib.
Bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Əvvəlki sessiyanın qərarlarının yerinə yetirilməsi gedişini qiymətləndirən Şura üzvləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlaşdırılması sahəsində mütəxəssislərin ixtisasının artırılması sahəsində əməkdaşlığa dair Saziş layihəsi haqqında təhsil üzrə işçi qrupunun informasiyasını dinləyib və müzakirə ediblər.
Sonra MDB ölkələrinin məkan məlumatlarının infrastrukturunun yaradılması konsepsiyasının işlənib hazırlanması üzrə işçi qrupu müvafiq təcrübi layihənin icrası ilə bağlı tədbirlər haqqında Şura üzvlərinə məlumat verib, naviqasiya üzrə işçi qrupu öz fəaliyyəti barədə hesabat təqdim edib.
İclasda kartoqrafiya və geodeziya fondlarının materiallarının analoq formasından rəqəmsal formaya salınması haqqında əsas müddəaların və Birlik ölkələrinin dövlət sərhədlərinin delimitasiyasının keçirilməsinin texniki təminatı haqqında Əsasnamə layihəsinin işlənib hazırlanması haqqında məsələlər müzakirə edilib.
Həmçinin MDB ölkələrinin coğrafi adlarına dəyişikliklərin elektron bülleteninin modernləşdirilməsinə dair işlərə də yekun vurulub.
Müzakirə edilən bütün məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu