MƏDƏNİYYƏT


Kitabxana Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlamaqda davam edir

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlayır.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti informasiya məktubu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nə həsr olunub.

Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. İnformasiya məktubunda “Kitabi-Dədə Qorqud” monumental sənət abidəsinin türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası olması haqqında məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.