MƏDƏNİYYƏT


Kitabxana növbəti videoçarxı Nizami Gəncəviyə həsr edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 216 nömrəli tam orta məktəblə əməkdaşlığını davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məktəbin birinci sinif şagirdləri tərəfindən hazırlanmış videoçarx kitabxananın sosial şəbəkədəki hesabları vasitəsi ilə yayımlanıb. Videoçarx dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə hazırlanıb.

Videoçarxda əvvəlcə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı məlumat verilir, sonra isə şagirdlər dahi şairin şeirlərini səsləndirirlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.