MƏDƏNİYYƏT
Kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsulları Britaniya kitabxanasında müzakirə olunub
Bakı, 14 fevral, AZƏRTAC
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniya Kitabxanasında bu kitabxananın Avropa və Amerika kolleksiyalarının rəhbərləri, türk kolleksiyalarının kuratoru və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı kitabxana sahəsində əməkdaşlıq, Britaniya Kitabxanasındakı Azərbaycan kolleksiyalarında adların düzgün yazılması və ölkəmizə mənsubluğunun dəqiq göstərilməsi, habelə kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsullarla həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb.
Nazir qeyd edib ki, görüşün əsas məqsədi Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq ölkədə yeni kitabxana sisteminin formalaşdırılması üçün Britaniya təcrübəsinin öyrənilməsidir.