MƏDƏNİYYƏT
Kitabxana yeni tədris ili ilə bağlı “Biliyə gedən yolda uğurlar!” adlı videoçarx hazırlayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 15 sentyabr – Bilik Günü münasibətilə “Biliyə gedən yolda uğurlar!” adlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda sevinc və həyəcanla gözlənilən əlamətdar günlərdən biri olan Bilik Günü ilə bağlı fotolar, həmçinin Aristotel, Konfutsin, İbn Sina, Aleksandr Puşkin, Nizami Gəncəvi, Abdulla Şaiq, Əbu Turxan və başqalarının elm, təhsillə bağlı aforizmləri təqdim edilir.
Videoçarxda pandemiyanın hökm sürdüyü bu dönəmdə şagirdlərin gigiyena qaydalarına necə əməl edəcəkləri göstərilir.
Əməkdar artist Lalə Məmmədovanın “Məktəb illəri” mahnısı ilə müşayiət olunan videoçarx Yasamal rayon MKS-nin “YouTube” kanalında yerləşdirilib.