MƏDƏNİYYƏT


Klassik və müasir Azərbaycan poeziya nümunələri 2 dildə nəşr olunub

Bakı, 12 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, topluya klassik və müasir Azərbaycan poeziya nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə - Azərbaycan və ingilis dillərində işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda, klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.