İQTİSADİYYAT


“Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda konfrans keçiriləcək

Bakı, 10 aprel, AZƏRTAC

Auditorlar Palatası, Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə sentyabrın 13-də Bakıda "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Palatadan AZƏRTAC-a bildirilib ki, məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaq və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.