SİYASƏT


Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Bakı, 26 fevral, AZƏRTAC

Kolumbiya Senatının xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı soyqırımı törədildiyi, bu zaman 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi qeyd olunur.

Çoxsaylı dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin yad olunduğu bildirilir.

Həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılır, eləcə də bu kimi faciələrin bir daha baş verməməsi, regionda möhkəm və davamlı sülhün bərqərar olmasına dair arzu ifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.