İQTİSADİYYAT


Kompensasiya hesablanmış vətəndaşların 98 faizinə 633,2 milyon manat ödəniş edilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən çox vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-nə kompensasiya hesablanmış vətəndaşların 98 faizinə ümumilikdə 633,2 milyon manat həcmində ödənişlər edilib, bu da cəmi ayrılmış məbləğin 97 faizini təşkil edir.

Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204,9 milyon manatdan çox olub. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1 faiz olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb. Eyni zamanda, 76 min 334 borcalanın 153,8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya olunub. Restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.