İQTİSADİYYAT


“Kompleks Qazma İşləri” Tresti hazırda dənizdə və qurudakı 9 yataqda qazma işləri aparır

Bakı, 13 fevral, AZƏRTAC

SOCAR-ın “Kompleks Qazma İşləri” Tresti hazırda Azərbaycanın dənizdə 6, quruda isə 3 yatağında qazma işləri aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə trest məlumat yayıb. Bildirilir ki, “Kompleks Qazma İşləri” Tresti ötən 10 il ərzində “Bulla-dəniz”, “Qoşadaş”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, “Qum adası”, “Muradxanlı” yataqlarında qazma işləri apararaq qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını artıqlaması ilə yerinə yetirib. Trest hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Darvin Bankası”, “Çilov”, “Qərbi Abşeron” yataqlarında, quruda isə “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində qazma işlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.