SİYASƏT
Konstantin Kosaçev: Fransa Senatının Dağlıq Qarabağa dair qətnaməsi Fransa hökuməti üçün tövsiyə olaraq qalacaq
Moskva, 26 noyabr, AZƏRTAC
Fransa Senatının Dağlıq Qarabağa dair qətnaməsi Fransa hökuməti üçün tövsiyə olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri RF Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.
Onun fikrincə, Fransa Senatının qərarı təkcə Dağlıq Qarabağa deyil, həm də Türkiyəyə aiddir.
Rusiyalı senator qeyd edib ki, Senatın yekdil mövqeyi çox cəhətdən “onu göstərir ki, Fransa siyasətdə kəskin addımlar atmağa hazırdır”, lakin hələlik bu, özünü göstərmək səviyyəsindən irəli getmir. K.Kosaçev RİA Novosti agentliyinə müsahibəsində deyib: “Şübhə yoxdur ki, hökumətə tövsiyə kimi qəbul edilmiş bu təşəbbüs elə tövsiyə olaraq qalacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva