DÜNYA


Koreya Respublikasının baş prokuroru səlahiyyətlərinin icrasından kənarlaşdırılıb

Pekin, 24 noyabr, AZƏRTAC

Koreya Respublikasının ədliyyə naziri Çu Mi-e ölkənin baş prokuroru Yun Seok-younu vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıb.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu qərar prokurorluq sistemindəki islahatlar, habelə baş prokurorun köməkçisi və ailə üzvləri barəsində aparılan təhqiqatın fonunda qəbul edilib. Nazirliyin bəyanatında deyilir ki, təhqiqatın gedişində ciddi qanun pozuntuları aşkarlanıb. Bildirilib ki, baş prokuror Ədliyyə Nazirliyinin yazılı müraciətlərinə cavab verməməklə həmin təhqiqata mane olub.

Baş prokuroru Yun Seok-you qərarı ədalətsiz adlandırıb və hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.