SİYASƏT


Koreya Respublikasının yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Kim Tonq-op ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd ediblər. Bu xüsusda, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin həyata keçirildiyini qeyd edən tərəflər bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm infrastruktur layihələr haqqında məlumat verərək Koreya tərəfinin də bu imkanlardan faydalana biləcəyini deyib.

Səfir Kim Tonq-op etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.