DÜNYA


Körfəz Əməkdaşlıq Şurası Livanla həmrəylik nümayiş etdirib

Qahirə, 6 avqust, AZƏRTAC

Beyrutda beş vermiş faciə ilə əlaqədar Körfəz Əməkdaşlıq Şurası Livanla həmrəylik nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Şuranın Baş katibi Nəcəf Əl-Həjrafın adından Livan xalqına başsağlığı mesajı yayılıb. İslam Əməkdaşlıq Təşkilatı da partlayış nəticəsində ölənlərin ailələlərinə başsağlığı verib.

Körfəz ölkələri Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri Livana yardım edəcəklərini bəyan ediblər. Dubaydakı məşhur “Bürc Xəlifə” binası isə Livanın dövlət bayrağına bürünüb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.