İQTİSADİYYAT
“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması işləri davam etdirilir
Bakı, 30 may, Elvin Camalov, AZƏRTAC
“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür. Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.
Xatırladaq ki, mərkəzin yeri aprelin 4-də Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilib. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən “Koroğlu” metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək olub.