CƏMİYYƏT


Koronavirus keçirənlərin dişlərinin tökülməsi qan dövranı ilə əlaqədardır

Bakı, 2 dekabr, AZƏRTAC

Dişlər həzm sisteminin ən vacib hissəsidir. Dişlərin sağlam olması mədə-bağırsaq sisteminin də sağlamlığı deməkdir. Son zamanlar yeni növ koronavirusa (COVID-19) yoluxanların diş həssaslığının yaşandığı haqqında məlumatlar dolaşır. Xəstəliyi keçirənlərin bir çoxu qanaxma və ağrı olmadan dişlərin tökülməsindən şikayət edirlər. Bu fakt təsdiqini tapmasa da, həkimlər bunun koronavirusun orqanizmdə yarada biləcəyi fəsad olduğunu da istisna etmirlər.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı Şəhla Mirzəzədə deyib: “Koronavirusdan qorunmaq üçün mütləq şəkildə gigiyenik tələblərə riayət edilməlidir. Təbii ki, həmin gigiyenik tələblərə ağız boşluğunun gigiyenası da daxildir. Çünki koronavirusa yoluxma ümumi orqanizmin fonunda dişlərdə də müəyyən dəyişikliklərin yaranmasına gətirib çıxara bilər”.

Yaşı 30-dan yuxarı olanların 47 faizindən çoxu periodontal xəstəlikdən əziyyət çəkir. Periodontal xəstəlik diş ətlərinin çirkli bakterial infeksiyasıdır və müalicə olunmadığı təqdirdə dişləri dəstəkləyən diş ətləri və sümükləri məhv edir, nəticədə diş itkisinə gətirib çıxarır. Bu hala daha çox tütün məmulatlarından istifadə edənlərdə rast gəlinir.

Müsahibimiz bu barədə deyib: “Siqaretdən istifadə edənlərdə ağız boşluğu zədələndiyi üçün virusa yoluxduqdan sonra dişlərdə və ağız boşluğunda baş verən dəyişikliklər də spesifik hal alır. Bəzən onlarda hər hansı bir virusun prosesə qoşulması nəticəsində infeksiyalaşma daha da artır. Nəticədə stomatoloqların müalicə prosesi üçün işi çətinləşir. Ona görə də insanlar ağız boşluğu da daxil olmaqla orqanizmdə hər hansı bir dəyişiklik hiss etdikdə mütləq şəkildə vaxtında həkimə müraciət etməlidirlər”.

Alimlərin fikrincə, koronavirus keçirənlərin dişlərində tökülmə qan dövranı ilə əlaqədardır. Qanın orqanizmdə yaxşı dövr etməməsi nəticəsində dişlər yaxşı qidalanmır və son nəticədə tökülməyə başlayır. Məhz buna görə də dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında həkim müayinəsindən keçmək və ən əsası, zərərli vərdişlərdən imtina etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.