ELM VƏ TƏHSİL


“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək

Bakı, 30 iyul, AZƏRTAC 

Avqustun 4-də və 5-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın, AMEA-nın müşaviri, Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasovun, eləcə də Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.

“Zoom” platforması üzərindən keçiriləcək tədbirin birinci günündə AMEA-nın müxbir üzvü Nuru Bayramov, professor İsmayıl Zülfüqarov, AMEA-nın müxbir üzvü Pənah Muradov və biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovun, ikinci günündə isə professor Ulduz Həşimova, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, biologiya elmləri doktoru Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasovun moderatorluğu ilə plenar və seksiya iclaslarında çıxışlar təqdim olunacaq.

Onlayn tədbirdə “Koronavirusların genomlarının ümumi struktur təşkili”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Uşaqlarda yeni koronavirus infeksiyası”, “COVID-19 – yeni tipli koronavirus infeksiyasının diaqnostika, müalicə və spesifik profilaktika problemləri”, “Azərbaycan Respublikası ərazisində COVID-19 infeksiyasının yayılma dinamikasının statistik analizi”, “COVID-19 pandemiyası çağırışları: immun sisteminin qiymətləndirilməsinə yeni yanaşma”, “Azərbaycanda onkoloji xəstələr arasında COVID-19 infeksiyasının yayılma xüsusiyyətləri” və digər mövzularda Azərbaycan, rus və ingilis dillərində məruzələr dinləniləcək. Həmçinin SARS-Cov-2 virusuna qarşı klinik və preklinik tədqiqatlar mərhələsində olan vaksin və dərman preparatları, COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr, COVID-19-uhn diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrin imkanlarının öyrənilməsi, SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi ilə bağlı müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.