CƏMİYYƏT


Koronavirus xəstələrində aritmiyanın rast gəlinməsi sıxlığı fərqlidir

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının aritmoloqu İsmayıl Göyüşov “COVID-19 müalicəsi zamanı QT intervalı və aritmogenik risk” mövzusunda vebinar keçirib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, aritmoloq qeyd edib ki, koronavirus xəstələrində aritmiyanın rast gəlinməsi sıxlığı fərqlidir: “Məsələn, COVID-19 xəstələrinin 7-8 faizinin ürəklərində döyüntü şikayəti yaşanır. Bununla belə, pnevmoniya formalaşan xəstələrin 17 faizində aritmiya müşahidə olunur”.

Vebinarda QT intervalının düzgün ölçülməsi, QT-yə təsir edən faktorlar açıqlanıb. Əsasən ixtisaslaşmış həkimlər üçün nəzərdə tutulan vebinar qrafikalar, müxtəlif cədvəllər, müvafiq videoçarxlar və təsvirlərlə müşayiət olunub. Bir saat davam edən vebinarda İ.Göyüşov canlı yayımda ona ünvanlanan sualları da cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.