DÜNYA


Koronavirusa qarşı peyvəndin Gürcüstana çatdırılması gecikir

Tbilisi, 22 fevral, AZƏRTAC

Koronavirusa qarşı peyvəndin Gürcüstana çatdırılması gecikir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri vəzifəsini icra edən Yekaterina Tikaradze parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, fevralın sonlarında ölkəyə “Pfizer” vaksini gətirilməli idi. Lakin peyvəndin tədarükü ilə bağlı müəyyən çətinliklər yaranıb. Hökumət bu prosesi sürətləndirmək üçün fəal iş aparır.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze isə bildirib ki, peyvəndin Gürcüstana gətirilməsi təxminən 1-2 həftə müddətinə təxirə salınıb.

Onun sözlərinə görə, preparatın ölkəyə çatdırılması təqribən mart ayının birinci və ya ikinci həftəsində baş tutacaq.

Gürcüstanda yayın sonunadək əhalinin təqribən 60-70 faizinin peyvənd olunacağı bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.