CƏMİYYƏT
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Bakı, 3 avqust, AZƏRTAC
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərarda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilmə müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 20 iyun tarixli 232 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.