Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Koronavirusun Britaniya ştamı Azərbaycanda qeydə alınsa da, infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib

Koronavirusun Britaniya ştamı Azərbaycanda qeydə alınsa da, infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib

Bakı, 7 may, AZƏRTAC

Qloballaşan dünyada sərhədlər bağlı olsa da bu, koronavirusun yayılmasına tam şəkildə əngəl ola bilmədi. Sərhədlərin bağlı olması yayılma sürətini yavaşlatsa da tam qarşısını ala bilmir. Odur ki, Hindistan ştamı Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə varsa, ölkəmizə də gəlmə ehtimalı yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov deyib.

N.Seyidovun sözlərinə görə, ölkəmizdə koronavirusun Britaniya ştamı qeydə alınsa da, o infeksiyanın yayılma sürətinə ciddi təsir göstərmədi: "Azərbaycanda əhalinin böyük hissəsi Bakıda olduğundan əksər proseslər burada baş verir. Paytaxtda kollektiv immunitetə doğru addımlayırıq. Burada insanların əksəriyyəti ya virusa yoluxaraq sağalıb, ya da ki, vaksinasiya olunub. Azərbaycanın 10 milyon əhalisinin təxminən 3 milyonu 18 yaşdan aşağıdır. Ölkəmizdə koronavirus əleyhinə vaksinin birinci dozasını qəbul edənlərin sayı 1 milyona yaxınlaşır. İkinci dozanı qəbul edənlərin sayı 600 mindən çoxdur. Azərbaycanda koronavirus əleyhinə 1,6 milyon dozaya yaxın vaksin vurulub. Ən həssas vətəndaşlar ilk olaraq vaksinasiyaya cəlb olunublar ki, onların da xəstəliyi ağır keçirmə və ölüm riski yüksəkdir. Hazırda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Ona görə də ötən il ilə müqayisədə hazırda ölkəmizdə koronavirus daha az təhlükə törədir. Xəstəxanalarda çarpayı fondumuz da kifayət qədərdir. Bir çox xəstəxanalar da COVID xəstəxanalarına çevrilməyib və imkanlar daha genişdir. Yoluxma sayları belə davam edərsə və Hindistan ştamının da sürətli yayılma və ölümcüllük baxımından nə Britaniya, nə də adi koronavirusun A, B, C ştamlarından elə də fərqi olmadığı təsdiqlənərsə, o zaman həmin ştam ölkəmizə təhlükə törətməz. Burada yeganə problem bəzi ştamların vaksinlərə qarşı rezistent ola bilmə ehtimalıdır. Məsələn tədqiqatların birinin nəticəsində Cənubi Afrika ştamının "Pfizer" vaksininə qarşı rezistentliyi göstərilir. Çin vaksininin müəyyən müddətdən sonra əlavə dozasının vurulmasına ehtiyac ola bilər. Yaxud da Çin vaksini ilə peyvənd olunanların və 6, 9, 12 aydan sonra immuniteti zəifləmiş vətəndaşlara ya əlavə dozanın, ya da başqa vaksinin vurulması gündəmdə ola bilər ki, immunitet daimi güclü qalsın. Uşaqlara doğulanda, 1-3-6 yaşlarında qızılcaya, məxmərəyə və digər xəstəliklərə görə eyni vaksin vurulur. Onlar, həmçinin Hepatit B-yə qarşı üç dəfə peyvəndlənirlər - doğulan kimi, 1-ci və 6-cı aylarında. Çünki həmin vaksinlər bir neçə dəfə vurulmalıdır ki, immunitet güclü formalaşsın. Buna səbəb həmin vaksinlərin ölmüş virus olması və onun immunitet yaratma qabiliyyətinin çox zəif olmasıdır. Hazırda dövlət tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Azərbaycana artıq üç vaksin əlçatandır. Hər üç vaksin bir neçə ölkədə istifadə edilir və təhlükəsizliyini sübuta yetirib. Əlbəttə ki, bütün vaksinlərin yan təsirləri var. Onlar isə çox nadir rast gəlinir. Üç vaksin arasında tədqiqatlarda yan təsirləri qeydə alınan "AstraZeneca" şirkətinin vaksinidir. Bu da ki, çox nadir hallarda tromboz riski verir. Nəzərə almaq lazımdır ki, COVID-19 xəstəliyi də tromboz yaradır. Xəstələrin də bir çoxunun ölümünə səbəb olan ağciyər və ürək damarlarında yaranan trombozdur. Ümumilikdə, bir çox vaksinlərdə tromboza meyillilik var. "Johnson & Johnson" şirkətinin istehsal etdiyi vaksin də tromboza meyilliliyi artırır. Bu, hər kəsdə deyil, yalnız spesifik qrup xəstələrdə qeydə alınır. Ona görə də "AstraZeneca" şirkətinin vaksini 60 yaşdan yuxarı şəxslər üçün daha uyğundur. Çünki tədqiqatlar zamanı həmin peyvənd yaşlılarda deyil, daha gənc insanlarda problemə səbəb olub. Əlbəttə ki, bu, dövlət tərəfindən tənzimlənir. Vaksinlər tam araşdırıldıqdan sonra dövlətimiz onu əldə etməyə çalışır. İlk növbədə ən təhlükəsiz olanı tətbiq edilir. Tədqiqatların nəticəsi açıqlandıqca növbəti vaksinlər də tətbiq olunacaq. O cümlədən "Biontech/ Pfizer" vaksininin də Azərbaycana gətirilməsi gündəmdədir. Həmin vaksin də çox təhlükəsizdir. Hər kəs bilməlidir ki, koronavirusdan qurtulmağın ən önəmli yolu vaksinasiyadır. Heç kim də bunu inkar edə bilməz".

İSİM-in şöbə müdiri bildirib ki, son 20-30 ildəki tədqiqatları və digər vaksinləri götürdükdə eyni bakterial və ya virus xəstəliyinə qarşı bir peyvənddən sonra başqa vaksinin vurulması nəzəri və praktik cəhətdən problemə səbəb olmayıb. Lakin koronavirus yeni infeksiya olduğu üçün və vaksinlərin əksəriyyətinin yeni metodologiya ilə hazırlanması səbəbindən bunları qarışdırmaq tövsiyə olunmur. Yəni birinci doza hansı vaksindən vurulubsa, ikincinin də eyni peyvənddən vurulması məsləhət görülür.

"Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Azərbaycanda yeni tədqiqat başlayacaq. Həmin araşdırmada tibb işçiləri iştirak edəcəklər. Tədqiqat çərçivəsində 12 ay ərzində Çin vaksinin həm effektivliyini, həm də ən əsası immunitetin neçə müddət davam etməyini araşdıracağıq. Araşdırmada paytaxt üzrə 1500 tibb işçisinin iştirakı nəzərdə tutulur. Yəni peyvənd olunmuş həmin tibb işçiləri 12 ay ərzində müşahidə altında olacaqlar. Bir ilin nəticəsi olaraq immunitetin neçə müddət qalması, təkrar dozaya ehtiyac olub-olmaması, təkrar dozanın vurulma vaxtı, vurulmadığı təqdirdə yenidən yoluxmanın olma ehtimalı öyrəniləcək", - deyə N.Seyidov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib