Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətimizin siyasətinin prioritetini təşkil edir

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətimizin siyasətinin prioritetini təşkil edir

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və mövqeyinin daha da möhkəmləndirilməsi özünü açıq şəkildə büruzə verir. Dünya koronavirusun əsirinə çevrilsə də, Azərbaycanda sosial, həmçinin iri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə reallaşdırılan layihələrin açılış mərasimləri keçirilir. Həmin mərasimlərdə yüzlərlə ailəyə sevinc bəxş edilir. Çünki koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda şəhid ailələri, müharibə veteranları, yüzlərlə qaçqın və məcburi köçkün ailələri yeni inşa olunmuş binalarda hər cür şəraiti olan mənzillərlə təmin olundu. Eləcə də regionlarda yaşayan bu qəbildən olan ailələrə də yeni mənzillər verilməklə onlara da hədsiz sevinc bəxş olundu.

Bu faktlar təsdiqləyir ki, pandemiya da nəzərdə tutulan layihələrin reallaşdırılmasına mane ola bilmədi. Bunun əsas səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Bu fikirləri AZƏRTAC-a politoloq Səhər İsmayılova bildirib.

Politoloq deyib ki, son illər həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Çünki bu islahatlar sayəsində əhalinin həyat tərzi daha da yaxşılaşdırılıb, dövlət idarəçiliyi yeni mərhələyə keçib, bu istiqamətdə operativlik və çeviklik müşahidə olunur. İslahatlar özünü bütün sahələrdə göstərir. Bu da təbii ki, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu günlərdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibinin demək olar ki, tamamilə yenilənməsi və bu bəlaya qarşı ciddi mübarizə aparılması barədə komissiyanın videoformatda keçirilən ilk iclasında qarşıya mühüm vəzifələrin qoyulması ölkədə aparılan islahatların mühüm tərkib hissəsidir. İclasda da qeyd edildi ki, əsas məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da peşəkarlaşdırmaq, səmərəliliyi artırmaqdır. Bu məqsədlə yaradılan Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olundu. Bundan başqa, komissiya yanında işçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi bu bəlaya qarşı ciddi mübarizə aparılacağından xəbər verir.

Məlumdur ki, korrupsiya və rüşvətxorluq ölkədə gedən uğurlu inkişaf proseslərinə daim problem yaradır. Bu bəla demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu baxımdan inkişafımıza mane olan bu bəlaya qarşı mübarizə aparmaq mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.

Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Son vaxtlar bir sıra yüksəkvəzifəli məmurların korrupsiya və rüşvətxorluq hallarına yol verdiklərinə görə “iş başında” yaxalanmaları, altı rayonun icra hakimiyyəti başçılarının məsuliyyətə cəlb olunmaları bu sahədə qətiyyətli mübarizə aparıldığının təsdiqidir. Dövlət başçısı bu il mayın 1- də Baş Prokuror Kamran Əliyevi vdeoformatda qəbul edərkən də korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması barədə qəti tapşırıqlar verdi. Ölkə Prezidenti dedi ki, digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy, özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Ancaq bu o demək deyil ki, dövlətimiz bu bəla qarşısında aciz qalsın. Dünyanı lərzəyə salan koronavirus pandemiyasına qarşı respublikamızda aparılan düşünülmüş mübarizə bu kabusun geniş yayılmasının, ciddi zərər vurmasının qarşısını aldı. Düşünürəm ki, korrupsiya və rüşvətxorluğun da qarşısı tədricən alınacaq. Bu sahədə həyata keçirilən ciddi tədbirlər atıq öz nəticəsini göstərməkdədir.

Dövlətimizin başçısının siyasi iradəsi, qəti mövqeyi bu qara kabusun qarşısının alınmasında özünü büruzə verir. Son vaxtlar bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir. Dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər səmərəsiz qalmır, müəyyən nəticələr verməkdədir. Ölkə başçısı dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərini açıq şəkildə bildirib və hər zaman vətəndaşlara da müraciət edib ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Göründüyü kimi, bu bəlaya qarşı mübarizədə güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər müşahidə olunur. Son hadisələr, xüsusilə yüksəkvəzifəli şəxslərin korrupsiya və rüşvətxorluğa görə həbs olunmaları cəmiyyətdə inamı daha da artırıb.

Güclü siyasi iradə, hüquq-mühafizə orqanı əməkdaşlarının, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib