DÜNYA


Korrupsiyada ittiham edilən Sudanın sabiq prezidenti məhkəməyə gətirilib

Bakı, 19 avqust, AZƏRTAC

Korrupsiya ilə bağlı cinayətlərdə ittiham edilən Sudanın sabiq prezidenti Ömər əl-Bəşir məhkəmə qarşısına çıxarılacaq.

AZƏRTAC “Sky News Arabia” telekanalına istinadla xəbər verir ki, sabiq dövlət başçısının məhkəmə binasına gətirilməsi yerli telekanallarda canlı yayımlanıb. Məhkəmə iclasının yaxın dəqiqələrdə başlaması gözlənilir.

Bir qədər əvvəl Sudan baş prokurorluğundan bildiriblər ki, Ömər əl-Bəşirin cinayət işi üzrə bütün istintaq tədbirləri başa çatıb. Ona qarşı xarici valyuta, həmçinin pulların yuyulması ilə bağlı ittiham irəli sürülüb. KİV-in məlumatına görə, müstəntiqlər sabiq prezidentin evində axtarış zamanı 6 milyon avro, 351 min dollar və külli miqdarda yerli valyuta tapıblar.

Xatırladaq ki, 2018-ci ilin sonlarında çörəyin qiymətinin ucuzlaşması tələbi ilə başlayan kütləvi etiraz aksiyalarında sonradan Sudana 30 il rəhbərlik edən Ömər əl-Bəşir rejiminin istefası tələb olunub. Aprelin 11-də dördaylıq xalq etirazları fonunda hərbi çevriliş baş verib. Hakimiyyəti ələ keçirən ordu tərəfindən hərbi keçid şurası formalaşdırılıb. Ömər əl-Bəşir isə istefaya göndərilərək həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.