Kredit təşkilatları üçün təlimlər
AzerTAg.az

Bakı, 20 avqust (AZƏRTAC). Mərkəzi Bankda “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” proqramı çərçivəsində kredit təşkilatları üçün “Nağd pulun idarəetmə informasiya sisteminin (Cash Management System)” tətbiqi ilə əlaqədar təlimlər keçirilir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlər kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək “web portal” modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılması məqsədi daşıyır.
Mərkəzi Bankın baş direktoru A.Vəliyev təlim iştirakçılarına müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, qarşıda duran strateji hədəflər, eləcə də nağd pulun idarəetmə informasiya sisteminin əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib.
Təlimlərdə kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin Cash Management System layihəsi üzrə işçi qrupunun üzvləri iştirak edirlər.
Xəbərin mətnində orfoqrafik səhv var