REGİONLAR
Kristian Reits: Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir VİDEO
Qəbələ, 10 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycanda çoxlu idmançı dostlarım var. Sizin ölkədə atıcılığın inkişafı üçün yaxşı maddi-texniki baza yaradılıb. Dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkənizin paytaxtında deyil, regionlarınızda da müasir infrastruktur var. Atıcılıq növləri üzrə Qran-Pri və Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsində bu, böyük önəm kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən Dünya Kuboku yarışlarında qızıl medal qazanan Almaniya idmançısı Kristian Reits deyib.
O, bu yarışlarda Almaniyadan 21 atıcının iştirak etdiyini bildirib: “Komandamızın ilk qızıl medalını mən qazandım. Almaniya idmançılarının yenə mükafat qazanacağına ümid edirəm”.
Kristian Reits deyib: “Azərbaycana bir neçə dəfə gəlmişəm və burada hər şeyin gözəl olduğunun şahidiyəm. Ölkənizdə atıcılıq idman növünün gələcəyini çox yaxşı görürəm. Buradakı atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir”.