MƏDƏNİYYƏT


Kristin Maqri: Sərgi vasitəsilə Azərbaycana səyahət etdik VİDEO

Kann, 16 iyul, AZƏRTAC 

“Məhəbbət tandemi” adlandırılan bu sərgi çox gözəldir və maraqlıdır. Rənglər göz oxşayır. Tabloların ölçülər çox böyük deyil, ancaq insana ətraflı məlumat verir. Onlarda gündəlik həyat səhnələri əks olunub. Sanki Azərbaycana səyahət etdik.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Lions Clubs International” klubunun nümayəndəsi Kristin Maqri bildirib.

O deyib: “Tablolar, xüsusilə də portretlər sanki insanla danışır. Mən bu sərgiyə gələrkən belə müsbət mənada təəccüblənəcəyimi gözləmirdim. Çox gözəl əsərlərdir”.

Sərgiyə bir qrup nümayəndə ilə qatıldıqlarını söyləyən Kristin Maqri qruplarının bir milyondan çox üzvü olduğunu bildirib. “Azərbaycan mədəniyyətini çox sevir və onunla yaxından maraqlanırıq. Bir neçə ilə əvvəl Nitsa şəhərində Azərbaycan caz musiqiçilərinin konsertini təşkil etmişdik. Ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlandığımız üçün harada olmasına baxmayaraq tədbirlərdə iştirak edirik”, -deyə o vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kann

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.