MƏDƏNİYYƏT
Kseniya Borodina: Bakı inanılmaz dərəcədə gözəl qonaqpərvər şəhərdir
Bakı, 28 iyul, AZƏRTAC
Bakı inanılmaz dərəcədə gözəl qonaqpərvər şəhərdir. Mən sizin şəhərinizin vurğunuyam. Belə möhtəşəm musiqi bayramı təşkil etdiklərinə görə Prezident İlham Əliyevə və Ağalarovlar ailəsinə minnətdarıq. “Jara” festivalı yüksək səviyyədə təşkil olunub və bura yenə qayıtmaq istəyirəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış televiziya aparıcısı və aktrisası Kseniya Borodina deyib.
Bakıda fanatlarının olmasının onu sevindirdiyini söyləyən K. Borodina mehriban dost Azərbaycan xalqını sevdiyini vurğulayıb: “Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən “Jara”nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam”.