DÜNYA
Kubalılar Fidel Kastro ilə vidalaşmağa hazırlaşırlar VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün kubalılar Fidel Kastro ilə vidalaşmağa başlayacaqlar. Vida mərasimi Havanadakı İnqilab meydanında yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, mərhumun istəyinə əsasən onun cəsədi şənbə günü kremasiya olunub. İçərisində liderin külü olan urna Xose Marti adına memorial kompleksində qoyulacaq. Mərasim çərşənbə axşamı günü günortayadək davam edəcək. Bundan sonra İnqilab meydanında çoxminli mitinq keçiriləcək.
Noyabrın 30-da inqilab liderinin külü Havanadan Santyaqo-de-Kuba şəhərinə səyahətə yola salınacaq. Əlli yeddi il əvvəl – 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla (əks istiqamətdə) hərəkət etmişdi.
Dekabrın 3-dək liderin külü ölkənin 13 əyalətindən keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]