CƏMİYYƏT


Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək

Bakı, 20 may, AZƏRTAC

Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqazın bəzi yerlərində 15-21 millimetrədək intensiv yağıntı qeydə alınıb. Saat 09:57 radələrində Ağdam rayonunun Sarıcalı və Əhmədağalı kəndlərinə iki dəqiqə ərzində diametri 9-12 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi əsib, bəzi bölgələrdə sürəti saniyədə 25-30 metr olub, Bakıda və Abşeron yarımadasında isə 25 metrədək güclənib.

Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürətinin 15-20, arabir 25-30 metr/saniyə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək. Mayın 21-i gündüz, mayın 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.