REGİONLAR


Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə iki ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428,423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Həmçinin M.Heydərovun evindən bir ədəd tir tüfəngi, bir ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər də maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.