CƏMİYYƏT


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 17 mart, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin “Sınıq-Körpü” gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin idxal xətti ilə gələn Azərbaycan vətəndaşları Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış “Heimann X-RAY” markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd “Fantom” markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.