CƏMİYYƏT


Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb

Bakı, 19 iyun, AZƏRTAC 

Kür çayının Sabirabad rayonunun Bulduq kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədlinin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.