CƏMİYYƏT
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 21 santimetr azalıb
Bakı, 7 aprel, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 200 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 250 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 109 kubmetr təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Şirvanda 2, Salyanda 20 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 (2016-cı il aprelin 7-də 460 sm), Şirvanda 297 (2016-cı il aprelin 7-də 357 sm), Salyanda 234 (2016-cı il aprelin 7-də 290 sm), Bankədə 193 (2016-cı il aprelin 7-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr (2016-cı il aprelin 7-də 171 sm) təşkil edir.