CƏMİYYƏT


Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb

Bakı, 11 iyun, AZƏRTAC

Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyin tabeliyində olan Kürdəmir, Ağcabədi və Tovuz regional “ASAN xidmət” mərkəzlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yaradılması ilə bağlı tədbirlər keçirilib.

Tədbirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təşkil olunub.

Dövlət agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirlərdə təşkilati məsələlərə baxılıb və İdarə heyətlərinin sədri, üzvləri müəyyənləşib.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.