REGİONLAR


Kürdəmir, Xaçmaz və Siyəzəndə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Bakı, 13 mart, AZƏRTAC

Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, növbəti səyyar satışlar martın 14-də Kürdəmir rayonun Karrar kəndində, martın 15-də Xaçmaz rayonun Ləcət kəndində, martın 16-da Siyəzən rayonun Qozağacı kəndində keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana biləcəklər.

Satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün Kürdəmir rayonu üzrə +99470 232 66 07 (Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov), Xaçmaz rayonu üzrə +99450 524 84 15 (Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Haqverdiyev), Siyəzən rayonu üzrə +99450 351 00 52 (Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.