CƏMİYYƏT


Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 4 yanvar, AZƏRTAC

Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 kvadratmetr sahədə və çardağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.