REGİONLAR


Kürdəmirdə 950 hektarda yazlıq kartof əkilib

Kürdəmir, 7 fevral, AZƏRTAC 

Kürdəmir rayonunda yazlıq kartof əkini davam edir və 950 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il 910 hektarda kartof əkən və sahələrdən 15 min 842 ton məhsul istehsal edən torpaq mülkiyyətçiləri cari mövsümdə əkin sahəsini 200 hektaradək artırmaq əzmindədirlər.

Hazırda bütün ərazilərdə, xüsusilə kartofçuluqda daha çox məşğul olunan Kürqırağı kəndlərdə - Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər yaşayış məntəqələrində sakinlər ailə təsərrüfatında xüsusi əhəmiyyət kəsb edən bu mühüm kampaniyanı vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.