REGİONLAR


Kürdəmirdə qısa vaxtda 600 tona yaxın “ağ qızıl” yığılıb

Kürdəmir, 14 sentyabr, AZƏRTAC 

Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 600 tona yaxın “ağ qızıl” toplanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədarük edilən xam pambıq Kürdəmirin Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq qəsəbəsi ərazisində inşa olunan 2 qəbul məntəqəsinə təhvil verilir. İndiyədək yığılan məhsulun 400 tondan çoxu qurudularaq həmin qəbul məntəqələrinə göndərilib.

Qeyd edək ki, rayonda məhsul yığımına 2000 nəfərədək sakin cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Yenikənd, Böyük Kəngərli, Qocalı, Pirili, Köhünlü, Şilyan, Qarasu və bir sıra digər ərazi vahidlərində pambıq tarlalarından bol məhsul götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.