DÜNYA


Küveyt ötən il 40 min əcnəbini ölkədən çıxarıb

Bakı, 17 yanvar, AZƏRTAC 

Küveyt ötən il 20 müxtəlif ölkədən olan 40 min nəfəri ekspatriasiya edib. AZƏRTAC KUNA informasiya agentliyinə istinadla xəbər verir ki, hökumətin bu addımının səbəbləri həmin şəxslərin ölkədə müvəqqəti yaşayış hüququnu pozmaları və kriminal amillərdir.

Küveytin Al-Qabas nəşrinin məlumatına görə, ötən il ölkədən çıxarılan əcnəbilərin sayı 2018-ci illə müqayisədə 14 min nəfər çox olub. Ekspatriasiyaya məruz qalanların 13 min nəfəri qadın, 27 mini isə kişilərdir. Onların arasında ən çox Hindistan vətəndaşlarıdır. Daha sonra Banqladeş və Misir vətəndaşları gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.