SİYASƏT


Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Azərbaycan Prezidentinə minnətdarlıq edib

Tbilisi, 23 avqust, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov avqustun 23-də bu ölkədə azərbaycanlıların sıx məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Q.Nemsadzenin Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsində fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.

Qubernator Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstanın Borjomi-Xaraqauli qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində göstərilən ilk yardıma görə minnətdarlığını bildirib.

Sonra görüşdə ölkələrimiz, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin genişləndirilməsi, Kvemo Kartli bölgəsində yaşayan soydaşlarımızın qayğıları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımızın sosial qayğılarının Azərbaycan və Gürcüstan dövlətləri üçün prioritet məsələlərdən biri olduğu vurğulanıb. Azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə kütləvi mədəni tədbirlərin keçirilməsi və Kvemo Kartli bölgəsində nəzərdə tutulan digər layihələr müzakirə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.