RƏSMİ XRONİKA
LƏNKƏRAN ŞƏHƏRİNDƏ BEŞMƏRTƏBƏLİ YAŞAYIŞ BİNASINDA BAŞ VERMİŞ QƏZA İLƏ ƏLAQƏDAR DÖVLƏT KOMİSSİYASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri:
Artur Rasizadə Azərbaycan Respublikasının Baş
naziri
Komissiyanın üzvləri:
Abid Şərifov Azərbaycan Respublikası Baş
nazirinin müavini
Zakir Qaralov Azərbaycan Respublikasının Baş
prokuroru
Ramil Usubov Azərbaycan Respublikasının daxili
işlər naziri
Əli İnsanov Azərbaycan Respublikasının səhiyyə
naziri
Əli Nağıyev Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri
Fərhad Əliyev Azərbaycan Respublikasının iqtisadi
inkişaf naziri
Əvəz Ələkbərov Azərbaycan Respublikasının maliyyə
naziri
Şair Həsənov Azərbaycan Respublikası Dövlət Tikinti
və Arxitektura Komitəsinin sədri
vəzifəsini icra edən
Zeynal Nağdəliyev Lənkəran şəhər icra hakimiyyətinin
başçısı
2. Dövlət Komissiyasına tapşırılsın:
- qəzanın baş verməsi səbəblərini araşdıraraq onun nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görsün;
- qəza nəticəsində həlak olanların və zərər çəkənlərin ailə üzvlərinə lazımi yardım göstərsin;
- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin mənzillə təmin olunması məsələsini həll etsin;
- görülmüş işlər haqqında mütəmadi məlumat versin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 yanvar 2004-cü il.